İmadəddin Nəsimi yaradıcılığı

   Azərbaycan Respublikası Təhsil nazirinin 14.02.2019-cu il tarixli, F-82 nömrəli “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi  ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə” əmrinin icrasını təmin etmək üçün məktəbin kitabxanasında İmadəddin Nəsiminin əsərlərinin oxusu və müzakirəsi  keçirilib. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi haqqında məktəbliləri məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə şairin yaradıcılığını əks etdirən kitab və fotosərgilərin təşkili şagirdlərin böyük marağına səbəb olub. Kitabxana müdiri F. Aygün müəllimin təşkilatçılığı ilə baş tutan tədbirdə şagirdlər şairin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər. Daha sonra onun müxtəlif qəzəlləri şagirdlərin ifasında səsləndirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi