Hemofiliya xəstəliyi

   Məktəbin muzeyində “Hemofiliya xəstəliyi” mövzusunda “Dəyirmi masa”  keçirilib. “Dəyirmi masa”da məqsəd hemofiliya xəstəliyinin yaranma səbəbləri və onunla mübarizə yolları idi. Əvvəlcə şagirdlərə tədqiqat sualı ünvanlandı:  “Hemofiliya xəstəliyinin simptomları necə olur?“ Daha sonra şagirdlər informasiya mübadiləsi ediblər. Onlar hemofiliya xəstəliyinin simptomlarını qeyd etdikdən sonra  irsiyyətimizi gələcək nəsillərə  sağlam çatdırmağın yolları haqqında söhbət açıblar. Təqdim olunan posterlər, videoçarxlar isə şagirdlərin bu mövzuda ətraflı məlumat toplamasına səbəb olub.

   Kimya-biologiya müəllimi Rəcəbova Təranənin rəhbərliyi ilə təşkil olunmuş “Dəyirmi masa”da 8 “D”, 9 “D” və 10 “D” sinif şagirdləri iştirak ediblər.

  “Dəyirmi masa” direktor A. Südabə müəllim tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi