Albert Aqarunovun xatirəsi anılıb.

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  F-90 nömrəli əmri ilə təsdiq olunmuş "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 3.1.5 bəndinə əsasən  “Vətənin qəhrəman oğulları “mövzusunda şagird təqdimatlarının təşkili baş tutub.

5 “D” sinfində keçirilən  təqdimat  Milli Qəhrəman Albert  Aqarunovun xatirəsinə həsr edilib.  Azərbaycan dili və ədəbiyyat müəllimi  G. Ağayevanın təşkil etdiyi təqdimatda  şagirdlər  Millli Qəhrəmanın həyat və fəaliyyəti haqqında  müxtəlif faktlar söyləyiblər. Onlar Qarabağ iştirakçısı olan Albert Aqarunovun göstərdiyi şücaəti  qəhrəmanlıq nümunəsi kimi qiymətləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi