İdmançıların Olimpiya oyunlarında qazandıqları qələbələr

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  F-90 nömrəli əmri ilə təsdiq olunmuş "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planına əsasən  məktəbimizdə növbəti mühazirə baş tutub. Mühazirə fiziki tərbiyə müəllimi  Nihalə Hüseynovanın təşkilatçılığı ilə həyata keçirilib. Mühazirədə 7 “A” və 4 “C” sinif şagirdləri iştirak ediblər.  Mühazirə "Azərbaycan idmançılarının Olimpiya oyunlarında, dünya və Avropa  birinciliyində qazandıqları qələbələr" mövzusunda qurulmuşdu.  Nihalə müəllim Olimpiya oyunlarının tarixi, Azərbaycan idmançılarının həmin oyunlarda qazandıqları uğurlar haqqında məlumat verib. Həmçinin slaydlar vasitəsilə idmançılarımızın iştirak etdikləri yarışlar, əldə etdikləri nailiyyətlər şagirdlərə təqdim olunub.       Direktor müavinləri Ə. Rəna, Q. Qızbəs və UBTR S. Afaq müəllimin izlədikləri mühazirə qənaətbəxş hesab olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi