Dövlət rəmzlərinin yaranma tarixi

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  F-90 nömrəli əmri ilə təsdiq olunmuş "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planına əsasən milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanması məqsədilə “Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti”  mövzusunda tədbir keçırilib. Qədim Azərbaycan dövlətlərinin bayraqlarını  və digər rəmzlərini tanımaq, şagirdləri bu mövzuda maarifləndirmək tədbirin əsas qayəsi idi. Bakı Dövlət Üniversitetinin Pedaqogika kafedrasının dissertantı Qədimli  Rəqsanə müəllimin təşkilatçılığı ilə hazırlanan tədbir şagirdlərin maraq dairəsini əhatə edib. Tədbirdə dövlət rəmzlərinin yaranma tarixi ilə bağlı müxtəlif məlumatlarla  çıxış edən aparıcılar, təqdim olunan slaydlar, şagirdlərin ifasında səslənən  şeirlər hamının yaddaşında xoş xatirəyə çevriləcəyinə inanırıq. Tədbir direktor Abdullayeva Südabə müəllimin minnətdarlıq çıxışı ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi