Ombudsman Aparatının əməkdaşları ilə görüş

    Azərbaycan Respublikasının insan hüquqları üzrə Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev və digər əməkdaşlar: Murad Balayev, İlahə Əfqanlı, Dilşad ismayılovanın təşkilatçılığı ilə növbəti dəfə seminar keçirilib. Məktəbimizin muzeyində baş tutan seminarda 3 qrupa bölünmüş şagirdlər iştirak ediblər. 1-ci qrup 3, 4-cü siniflər, 2-ci qrup 5, 6, 7-ci siniflər, 3-cü qrup isə 8, 9, 10-cu siniflərdən və hər sinifdən 2 nəfər seçilməklə təşkil olunub. Seminarda şagirdlər Uşaq Hüquqlarının Pilləli Tədrisi üzrə seçilmiş mövzular əsasında məlumatlandırılıblar. Maarifləndirici muzakirələr əsasında şagirdlər onların hüqüqlarının nədən ibarət olduqlarını anlayıblar. Şagirdlərə  ilk seminarda verilmiş “Uşaq Hüquqlarının Pilləli Tədrisi üzrə seçilmiş mövzular” kitabı da oxunaraq təhlil olunub.

   Seminarı direktor müavini  Rəna  Əbilova  izləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi