Uşaq kitabxanasına ekskursiya

Oxu günü ilə əlaqədar F. Köçərli adına Respublika Uşaq kitabxanasına ekskursiya təşkil olundu. Ekskursiya  4 “A” sinif şagirdlərinin iştirakı ilə baş tutdu. UBR S. Afaq müəllim, kitabxana müdiri F. Aygün müəllim, sinif rəhbəri  K. Məftunə müəllimin təşkilatçılığı ilə həyata keçən ekskursiyada şagirdlər nağıl otağında kitabxana haqqında cizgi film izlədilər. Həmçinin onlar kiçik oxu zalında yerli və xarici uşaq ədəbiyyatı nümunələri ilə tanış oldular. Səsli kitablar, 3 D kitablar şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi