Nəcəf bəy Vəzirovun  165 illiyi

Görkəmli dramaturq Nəcəf bəy Vəzirovun  165 illiyi 8 “A” sinfində qeyd olundu. Dərsi  giriş sözü ilə  Azərbaycan dili və ədəbiyyat müəllimi Qasımova Rəfiqə açdı. Dərsdə qeyd olundu ki, Nəcəf bəy Vəzirovun dramaturgiyanın inkişafında, onun  bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuşdur. Şagirdlər Vəzirovun əsərlərindən nümunələr gətirməklə onun yaradıcılığını müzakirə obyektinə çevirdilər. Dərsdə direktor müavini  Təranə Hadıyeva və 8 "A" sinfinin sinif rəhbəri  Ofelya Musayeva da iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi