Ümumdünya Sağlamlıq günü

Təhsil Nazirliyinin 2019-cu il üçün fəaliyyət planına əsasən hazırlanmış birgə iş Planına əsasən 2.3. Sağlamhəyat tərzinin təbliği və təşviqini rəhbər tutaraq   Bakı Dövlət Üniversitetinin Pedaqogika kafedrasının dissertantı Qədimli  Rəqsanə müəllimin təşkilatçılığı ilə 7 aprel Ümumdünya Sağlamlıq gününə həsr olunmuş tədbir  təşkil olundu.  Bir qrup şagird heyətinin iştirakı ilə təqdim olunan tədbir maarifləndirici mövqeyini  qoruyub saxladı. “Sağlam bədəndə sağlam ruh” devizi altında açıq elan edilən tədbirdə şagirdlər gözəl bir səhnəciklə çıxış etdilər. Sağlam və zərərli qidalarların həyatımızdakı rolundan bəhs edilən  səhnəcik isə maraqlı görüntülərlə yadda qaldı.  Daha sonra mövzuyla bağlı slayd nümayiş olundu.  Məktəbin həkimi  Mafilə xanımın  müxtəlif maarifləndirici faktlarla zənginləşmiş çıxışı dinləyicilərdə maraq oyada bildi.

Tədbir direktor Abdullayeva Südabə müəllimin çıxışı ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi