Aprel qaziləri ilə görüş

Təhsil Nazirliyinin F-90 nömrəli fəaliyyət planının 3.1.3. bəndinə uyğun olaraq şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını  təmin etmək məqsədilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi , əsgər və zabitlərlə, habelə müharibə veteranları ,Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələri ilə görüşlərin təşkilinə əsasən məktəbimizdə Aprel qaziləri ilə görüş təşkil olundu. Görüş məktəbin akt zalında baş tutdu. Görüşdə Azərbaycan İdman Akademiyasının dosenti, Təlimə Dəstək Mərkəzində fiziki tərbiyə üzrə metodist Elçin Quliyev, Təlimə Dəstək Mərkəzinin Resurslar  bölməsinin şöbə müdiri Abdulla Qəhrəmanaov, Suraxanı Rayon Qarabağ  müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Oktay Əliyev iştirak etdilər.  Aprel qazilərindən olan polkovnik  Elşən Qarayev,  kapitan Elnur Əmirov, baş leytenanat Loğman Məmmədov, gizir Elməddin Ağayev görüşün fəxri üzvləri  idi. Görüşdə əvvəlcə dünyasını dəyişmiş aprel döyüşçülərinin ruhu bir dəqiqəlik sukutla yad edildi. Daha sonra keçdikləri döyüş yolu haqqında söhbətlər aparan  aprel qazilərin çıxışı dinləyicilər tərəfindən maraqla qarşılandı. Görüş bir çox fərqli məqamlarla yadda qaldı. Belə ki, 5 “D” sinfinə Milli Qəhrəman Mehdi Hüseynzadənin, 8 “A” sinfinə isə Milli Qəhrəman Mübariz İbrahimovun adı verildi. Həmin siniflər döş nişanları ilə təltif edildilər.

Görüş direktor Abdullayeva Südabə müəllimin çıxışı ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi