Beynəlxalq Cizgi Filmləri Günü

 Beynəlxalq Cizgi Filmləri Günü məktəbimizin 1-ci siniflərində qeyd edildi. İbtidai sinif müəllimlərindən olan B. Mətanət müəllim  1 “B” sinfində,  X.  Arzu  müəllim  1 ”D” sinfində,  A.  Natəvan  müəllim 1 “Ç” sinfində “Açıq dərs” təşkil etdilər. Dərsdə yerli və xarici nağılların, cizgi filmlərin adları qeyd olundu.  Şagirdlərin oxuduqları nağıllar, baxdıqları cizgi filmlər  müzakirə obyektinə çevrildi.  “Qırmızı papaq”, “Qoğal” və  “Pıs-pısa xanım” nağılları səhnələşdirilərək təqdim edildi. Şagirdlər xüsusi geyimdə obrazları ifa edərək maraqlı səhnələr nümayiş etdirdilər. Direktor Abdullayeva Südabə müəllim və bir çox pedaqoji heyət  tərəfindən izlənən dərs sonadək öz maarifləndirici mövqeyini qoruyub saxladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi