Beynəlxalq Uşaq Kitabı Günü “Açıq dərs” də

    Beynəlxalq Uşaq Kitab Günü ilə bağlı keçirilən silsilə dərslərimiz davam edir. 2 “C” sinifdə ibtidai sinif müəllimi A. Əliyeva və kitabxana müdiri A. Fətullayevanın  təşkilatçılığı ilə keçirilən “Açıq dərs” şagirdlər tərəfindən maraqla qarşılanıb. Şagirdlər bu günün önəmini daşıyan məlumatları paylaşmaqla bərabər, həm də kitab haqqında dahi şəxsiyyətlərin hikmətli sözlərini və sitatlar səsləndiriblər. Videoçarxlar vasitəsilə təqdim olunan görüntülər maarifləndirici əhəmiyyət kəsb edirdi. Dərs direktor Abdullayeva Südabə və direktor müavini Qasımova Qızbəs  tərəfindən izlənilib.

 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi