Uşaq Kitabı günü kitabxanada qeyd olundu

     Beynəlxalq Uşaq Kitabı Günü  kitabxanada da qeyd olunub. Kitabxana müdiri A. Fətullayeva və UBTR A. Səfərovanın təşkilatçılığı,  5-6-cı siniflərin iştirakı ilə keçirilən tədbir maraqlı məlumatlarla yadda qalıb. Şagirdlər öz çıxışlarında qeyd ediblər ki,  uşaq ədəbiyyatının məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Aprelin 2-də məşhur nağıl yazan  Hans Xristian Andersen anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman istəyib. 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarı ilə 2 aprel bütün dünyada Beynəlxalq Uşaq  Kitabı Günü kimi qeyd olunmağa başlayıb.

   Tədbirdə yerli və xarici kitabların sərgisi nümayiş olunub. Şagirdlər müxtəlif yazıçıların əsərlərindən nümunələrlə tanış olublar. Olduqca maraqlı nüanslarla xatırlanacaq tədbir şagirdlərin kitab haqqında söylədikləri aforizmlərlə sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi