31 Mart- Azərbaycanlıların Soyqırımı Günü təşkilat saatında

   31 Mart- Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş təşkilat saatı  7 “D” sinfində baş tutub. Musiqi dərsini tədris edən Hüseynova İradə müəllimin rəhbərliyi ilə həyata keçirilən təşkilat saatında şagirdlər vətən yolunda dünyasını dəyişən  şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra onlar azərbaycanlıların soyqırımının  tarixi, səbəbləri, nəticələri barədə məlumatlar səsləndiriblər. Milli musiqi alətimiz  olan tarın sədaları altında mövzuya dair şeirlər ifa edilib.

  Təşkilat saatı direktor Abdullayeva Südabə müəllim tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi