Azərbaycanın beynəlxalq nüfuzu

   Məktəbin müzeyində 7-ci sinif şagirdlərinin iştirakı ilə “Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artması və ölkənin regionda lider dövlətə çevrilməsi “ mövzusunda seminar  keçirilib. Tarix dərsini tədris edən  Musayeva Ofelya  müəllimin təşkilatçılığı ilə baş tutan seminarda  qeyd olunub ki,  Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ilbəil artmaqdadır. Bu nüfuzun qazanılması Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycan apardığı siyasət nəticəsində regionda liderliyini qoruyub saxlayır. Prezident İlham Əliyevin xarici siyasət kursu ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olan Azərbaycanın milli maraqlarına söykənən bir siyasətdir. Bu siyasət müstəqil fəaliyyəti və müstəqil xətti özündə əks etdirir.  

   Gedişatda bu faktorun özünü bütün sahələrdə biruzə verdiyi vurğulanıb.

   Seminar direktor A. Südabə müəllimin çıxışı ilə sona çatıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi