Mart soyqırımı

     31 Mart Azərbaycan tarixində unudulmaz bir gündür. Bu günün önəmini daşımaq məqsədilə mart soyqırımı nəticəsində həlak olan şəhidlərimizin anım günü qeyd olunub. Azərbaycan dili dərsini tədris edən Yusifova Tehran  müəllimin təşkilatçılığı ilə keçirilən “Dəyirmi masa”da dünyasını dəyişənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dərsin gedişatında qeyd olunub ki, 1998-ci ildən 31 mart  Azərbaycan Respublikasında dövlət səviyyəsində "Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd edilir. Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrdəndir.  Azərbaycanlıların kütləvi surətdə qırğını, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması Azərbaycan tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.  Erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

    Dərsi direktor A. Südabə müəllim izləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi