Ölkə vətəndaşlarının maddi rifahının yüksəldilməsi

   Bakı şəhəri üzrə Təhsil idarəsinin 07. 02. 19-cu il tarixli F-90 nömrəli əmri ilə təsdiq olunmuş "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkminləşməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin  2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş Planının 1.1.5. bəndinə əsasən “Ölkə vətəndaşlarının maddi rifahının və sosial vəziyyətinin yüksəldilməsi, o cümlədən məcburi köçkün əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər” mövzusunda hazırlanan seminar  məktəbin müzeyində baş tutub. Coğrafiya dərsini tədris edən A. Fidan müəllimin rəhbərliyi ilə həyata keçən seminarda qeyd olunub ki, ölkə ərazisində əhalinin əmin-amanlıq şəraitində yaşaması rəhbərliyin yüksək siyasəti nəticəsində həyata keçirilmişdir. Dinamik sosial-iqtisadi inkişaf yolunda qazandığı nailiyyətləri davamlı olaraq genişləndirən Azərbaycan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də böyük uğurların müəllifi kimi çıxış edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yerlərini tərk etmək məcburiyyətində qalan bu insanların dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin konkret nəticəsi olaraq həyat səviyyəsinin yüksəldilməsi, xüsusən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərin miqyası son illər daha da genişlənmişdir. Azərbaycanın iqtisadi cəhətdən getdikcə qüdrətli dövlətə çevrilməsi, əhalinin maddi rifah halının mütəmadi qaydada yüksəlməsi qaçqın və məcburi köçkünlərin də yaşayış şəraitinin yaxşılaşması ilə müşayiət olunmuşdur. Onların sosial problemlərinin kompleks həlli üçün geniş imkanlar yaradılmışdır. Tarixə çevrilən 2010-cu ildə də bu sahədə böyük işlər görülmüşdür.

 7 “C” sinif şagirdlərinin iştirakı ilə keçirilən seminarı direktor A. Südabə müəllim izləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi