Ölkəmizdə həyata keçirilən quruculuq işləri

    Bakı şəhəri üzrə Təhsil idarəsinin 07. 02. 19-cu il tarixli F-90 nömrəli əmri ilə təsdiq olunmuş "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkminləşməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş Planının 1.1.2. bəndinə əsasən 9 “C” sinif şagirdlərinin iştirakı ilə həyata keçirilən mühazirə “Ölkəmizdə sosial-iqtisadi sahələr, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri” mövzusuna həsr olunub. Coğrafiya dərsini tədris edən  A. Kifayət müəllimin təşkilatçılığı ilə baş tutan mühazirədə müəllim qeyd edib ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir.  Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində Respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, infrastruktur daha da yaxşılaşdırılıb. Müəllim ulu öndər Heydər Əliyev siyasətinin davamçısı prezident İlham Əliyevin ölkəmizin abadlaşması yolunda gördüyü işləri qürur mənbəyi kimi qiymətləndirib. Həmçinin müəllim təhsilin inkişafına diqqət və qayğıdan danışarkən Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bu sahədəki təşəbbüskarlığını  xüsusi vurğulayıb. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi, uşaq evləri və internat məktəblərinin inkişafı ilə bağlı görülən işlər və digər bu kimi layihələr Mehriban xanımın zəhmətkeşliyinin və vətənpərvərliyinin  bariz nümunəsidir.

   Mühazirə direktor A. Südabə müəllim və pedaqoji heyət tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi