Cizgi filmlərinin uşaqlara təsirləri

     Bu gün 3-cü siniflərlə  baş tutan seminar fərqli mövzusuna görə öz mövqeyini qoruyub saxlayıb. Türkiyə Cumhuriyyəti İstanbul Universiteti Radio Televiziya Kino ixtisası üzrə doktorantura pilləsində təhsil alan İbrahimli Sadiq Şəhriyar oğlunun “Cizgi filmlərinin uşaqlara təsirləri” mövzusunda keçdiyi elmi-tədqiqat təcrübəsi şagirdlərin diqqətini bir araya cəmləyə bilib. Sadiq müəllim öz çıxışında milli-mənəvi dəyərlərimizin aşılanması, azyaşlıların düzgün tərbiyə olunaraq böyüməsi işində cizgi filmlərinin başlıca rolundan bəhs edib. O bu işdə valideynlərin üzərinə düşən vəzifələrin nədən ibarət olmasını vurğulayıb. Maarifləndirici mövqedə həyata keçirilən seminar şagirdlər tərəfindən maraqla qarşılanıb.

    Seminar direktor Südabə Abdullayeva, direktor müavini  Qızbəs Qasımova müəllim, Rəna  Əbilova , UBTR Səfərova Afaq, metodist Təranə xanım tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi