Uşaq Hüquqlarının Pilləli Tədrisi
Azərbaycan Respublikasının insan hüquqları üzrə Ombudsman Aparatının əməkdaşı şöbə müdiri Faiq Ağayev və digər əməkdaşlar: Murad Balayev, İlahə Əfqanlı, Dilşad İsmayılovanın təşkilatçılığı ilə növbəti dəfə seminar keçirilib. Məktəbimizin muzeyində baş tutan seminarda 3 qrupa bölünmüş şagirdlər iştirak ediblər. 1-ci qrup 3, 4-cü siniflər, 2-ci qrup 5, 6, 7-ci siniflər, 3-cü qrup isə 8, 9, 10-cu siniflərdən və hər sinifdən 2 nəfər seçilməklə təşkil olunub. Seminarda şagirdlər Uşaq Hüquqlarının Pilləli Tədrisi üzrə seçilmiş mövzular əsasında məlumatlandırılıblar. Maarifləndirici muzakirələr əsasında şagirdlər onların hüqüqlarının nədən ibarət olduqlarını anlayıblar. Həmçinin şagirdlərə ilk seminarda verilmiş “ Uşaq Hüquqlarının Pilləli Tədrisi üzrə seçilmiş mövzular” kitabı oxunaraq təhlil olunub.
Seminarı direktor müavini Ə. Rəna müəllimi izləyib.