Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir

   "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət planının 2.2.1. "Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir" bəndinə əsasən İbtidai sinif müəllimi S. Mahmudovanın  təşkilatçılığı ilə hazırlanan, məktəbin akt zalında baş tutan tədbir maraqlı görüntülərlə yadda qalıb. 3 ”D” sinfinin  iştirakı ilə keçirilən tədbirdə şagirdlər Novruz bayramında tətbiq olunan milli adət-ənənələrin təbliğini maraqlı səhnələrlə nümayiş etdiriblər. Keçəl, kosa, yumurta döyüşü, qapıpusma  kimi ənənələri səhnələşdirən şagirdlər öz obrazlarını layiqincə yerinə yetiriblər.    Direktor A. Südabə müəllim və pedaqoji heyət tərəfindən izlənilən tədbir maarifləndirici mövqeyini sonadək qoruyub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi