Novruz bayramı

     İbtidai sinif müəllimi K. Aygün müəllim və Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən R. Kəmalə müəllimin  təşkilatçılığı ilə inteqrasiya olunmuş  dərs  keçirilib. Rus bölməsinin 3"E" sinfində  keçirilən dərsdə məqsəd rus bölməsində təhsil alan şagirdlərin xalqımızın ədət-ənənələrini dərindən anlaması, milli bayramımız olan Novruz bayramının  mahiyyətini dərk etməsi, axırıncı çərşənbə axşamında tətbiq olunan “Yumurta döyüşü”, “Papaq salma”, “Qapı pusma” və s. adətlərimizin təbliğ edilməsindən ibarət idi.

   Çox gözəl tərtibatda bəzənmiş otaq milli aksesuarların zənginliyi ilə göz oxşayıb. Yerdə, xalça üzərində əyləşən şagirdlərin rəngarəng milli geyimləri maraqlı mənzərə yaradıb. Dərs sonacan öz maarifləndirici mövqeyini qoruyub. Belə ki, şagirdlər yazın gəlişini, torpağın oyanışını əks etdirən  şeirlərin, mahnıların, səhnəciklərin  nümayişini layiqincə həyata keçiriblər.

   Dərs direktor A. Südabə müəllimin çıxışı ilə sona çatıb. Südabə müəlim belə gözəl tərtibatda təqdim olunan “Açıq dərs"in təşkilatçısına və ümumilikdə kollektivə öz təşəkkürünü bildirib. Qarşıdan gələn bayram münasibətilə hər kəsi təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi