Coğrafiya gecəsi

   Məktəbin fəaliyyət planına əsasən coğrafiya aylığı çərçivəsində həmin dərsi tədris edən Fidan  və Ülviyyə müəllimlərin təşkilatçılığı ilə akt zalında coğrafiya gecəsi keçirilib. Gözəl səhnə tərtibatı ilə gözoxşayan gecə daha çox izləyicilərin maariflənməsinə xidmət edib. Gecəni giriş sözü ilə açan aparıcılar Azərbaycanın müxtəlif şəhərləri, rayonları haqda ümumi məlumat veriblər. Azərbaycan xalqının milli musiqisi, yeməkləri, adət-ənənələri ilə bağlı nümayiş olunan səhnələr isə olduqca maraqla qarşılanıb. Daha sonra “Dünyaya səyahət” səhnəsi təqdim olunub. Şagirdlər müxtəlif ölkələrin geyimlərini, rəqslərini nümayiş etdirərək həmin ölkələrin həyat tərzi haqda məlumatları  izləyicilərə çatdırıblar.

  Direktor A. Südabə müəllim tərəfindən izlənilən gecə maraqlı səhnələrlə  yadda qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi