”Mənim məktəbim ərtaf mühitə diqqətlidir"

   Ətraf mühitin müasir vəziyyəti, ekoloji  problemlərin artması şagirdlərimizi düşündürən bir mövzu kimi öz aktuallığını qoruyur. ”Mənim məktəbim ərtaf mühitə diqqətlidir” layihəsi çərçivəsində şagirdlər tərəfindən görülən işlər təqdirəlayiq hal kimi qiymətləndirilib.Gənclərin çağrışaqədərki hərbi hazırlıq dərsini tədris edən Qarayev Habil  və coğrafiya dərsini tədris edən Süleymanova Ülviyyənin təşkilatçılığı ilə məktəbimizin bir qrup şagird heyəti təhsil aldıqları məktəbin həyətyanı sahəsini abadlaşdırmaq məqsədilə müxtəlif işlər görüblər. Onlar yeni ağacların, güllərin, çiçəklərin əkilməsini təşkil etməklə bərabər, həm də tullantı materiallarından hazırlanmış əşyaları maraqlı bir tərtibatda bəzəyib dibçək kimi istifadə etməyə nail olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi