Sağlam həyat tərzinin təbliği və təşviqi

    Azərbaycan Respublikası Təhsil İdarəsinin F-90 nömrəli əmri ilə təsdiq olunmuş  “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019- cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının  2.3 bəndini rəhbər tutaraq “Sağlam həyat tərzinin təbliği və təşviqi” mövzusunda tədbir keçirilib. İbtidai sinif müəllimi  K. İskəndərovanın  təşkilatçılığı, 3 “Ç” sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şagirdlər tərəfindən müxtəlif səhnəciklər hazırlanmışdı. ”Meyvələrin söhbəti”, “Gigiyena”, “İdman”, “Həkim nəzarəti" və s. adı altında  gözəl tərtibatda təşkil olunan səhnəciklər izləyicilər tərəfindən maraqla qarşılanıb.

     Tədbir məktəbimizin direktoru A. Südabə müəllim və digər pedaqoji heyət tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi