Kalaşnikov avtomatının natamam sökülməsi və yığılması

   Məktəbimizdə Gənclərin çağrışaqədərki  hazırlıq dərsini tədris edən Q. Habil müəllimin keçdiyi dərs “Kalaşnikov avtomatının natamam sökülməsi və yığılması" mövzusuna həsr edilib. 10 “B” sinifində keçirilən dərsdə şagirdlərlə həmin mövzuda söhbətlər aparılıb. Qeyd olunub ki,  Kalaşnikov avtomatı dünyada ən geniş yayılmış odlu silahdır. Həm tək, həm də avtomat rejimdə ardıcıl atəşaçma qabiliyyətinə malikdir. Yüksək etibarlılığı və sadə qulluq olunması ilə fərqlənir. Habil müəllim praktiki olaraq avtomatın sökülüb yığılma qaydalarını şagirdlərə izah edib. Onların vətənpərvər ruhda böyümələri, hərbi texnikaların istifadə qaydalarına bələd olmaları üçün bu kimi məlumatların vacibliyini vurğulayıb.

   Dərsi direktor Südabə Abdullayeva və direktor müavini Rəna Əbilova izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi