Bədii gimnastika

 

   Məktəbimizdə bədən tərbiyəsi dərsini tədris edən Natalya müəllimin təşkilatçılığı ilə keçirilən  tədbir “Bədii gimnastika” mövzusuna həsr edilib. Tədbirdə 6-7-ci sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Natalya müəllim əvvəlcə bədii gimnastikanın əhəmiyyətindən danışıb. Daha sonra şagirdlər əlavə ediblər ki, Azərbaycanda bədii gimnastikanın yaranma və inkişaf tarixi XX əsrin 40-cı illərinə təsadüf edir. Qızlardan ibarət qrup yaradan Nadejda Merkulova Azərbaycanda bu idman növünün formalaşması istiqamətində uzun müddət fəaliyyət göstərib. Məhz onun rəhbərliyi altında yetişən gimnastlar ümumittifaq və beynəlxalq yarışlarda uğurlar qazanıblar. Larisa Zebina, Lina Vinnikova, Svetlana Senatorova, Nina Hacıbəyli, Mila Şibayeva və Elmira Hacıyeva belə gimnastlardandır.

   Gimnastikanın bütün növlərinin, o cümlədən də bədii gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycanda bədii gimnastikamızın zəngin ənənələrini davam etdirməyə qadir olan beynəlxalq dərəcəli idman ustası Dinarə Gimatova, üçqat Azərbaycan çempionu Nurcahan Əsgərova, Xədicə Hacıyəhyayeva, Dina Qorina, Valeriya Yeqay kimi perspektivli gimnastlar nəsli yetişməkdədir.

  Şagirdlərin hazırladığı posterlər və slaydlar tədbirin gedişatına rəng qatıb.

  Direktor A. Südabə müəllimin iştirakı ilə izlənilən tədbir maraqlı və yaddaqalan olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi