Ekologiya və ətraf mühitin mühafizəsi

   Biologiya dərsini tədris edən C. Aytən və Z. Svetlana müəllimlərin təşkilatçılığı, 6, 8, 9-cu siniflərin iştirakı ilə məktəbimizin akt zalında “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda tədbir keçirilib. Tədbirin başlanğıcında ölkəmizin azadlığı uğrunda canlarından keçmiş aprel şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirin gedişatında aparıcılar qeyd ediblər ki, 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. Aparıcılar əlavə ediblər ki, tədbirin keçirilməsində əsas məqsəd təbiətin zənginliklərinə, ətraf mühitin vəziyyətinə məsuliyyətli yanaşan ekoloji cəhətdən savadlı, sosial-aktiv şagirdlərin tərbiyə edilməsidir.

Tədbir müxtəlif səhnəciklərin  nümayişi və maraqlı tərtibatla yadda qalıb. Belə ki, 6 “Ç” sinif şagirdləri ekoloji məhkəmə səhnəsini uğurla  ifa ediblər.

"Möcuzəli ağac", "Qırmızı kitab", "Təbiətə dair müdrik sözlər", "Meşədə özünü aparmaq qaydası" kimi müsabiqələr maraqla qarşılanıb.

   Tədbir direktor A. Südabə müəllimin çıxışı ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi