Bədən Tərbiyəsi və İdman Günü

    5mart Bədən Tərbiyəsi və İdman Günüdür. Azərbaycan gənclik, gözəllik və sağlamlıq bayramını qeyd edir. Azərbaycan bədən tərbiyəçiləri və idmançıları, bütün idman ictimaiyyətimiz  öz bayramlarını — Bədən Tərbiyəsi və İdman Gününü yüksək fəallıq şəraitində qeyd edirlər. Əhalinin asudə vaxtının təşkilində, gənc nəslin sağlam və gümrah böyüməsində, onların hərbi-vətənpərvərlik tərbiyəsində, fiziki hazırlığında, nəcib keyfiyyətlərə yiyələnməsində mühüm rol oynayan insan həyatının bu ayrılmaz tərkib hissəsi ölkəmizdə əsl inkişaf yolundadır.

  Məktəbimizdə bədən tərbiyəsi dərsini tədris edən Hüseynova Nihalə müəllim 2-ci siniflər arasında keçirdiyi tədbirdə günün əhəmiyyətini daşıyan mövzuda maraqlı məlumatlar verib. Daha sonra şagirdlər qeyd ediblər ki, Azərbaycanda gümrahlıq və sağlamlıq məşğələləri, öz qələbələri ilə xalqımıza böyük sevinc bəxş edən idmançılarımızın ustalığının daha da artırılması daim diqqət mərkəzindədir. Onlara ən yaxşı şərait yaradılması məqsədilə paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonlarımızda da inşa edilən olimpiya idman komplekslərində təcrübəli mütəxəssislərin rəhbərliyi altında aparılan gərgin məşqlər böyük yarışlarda sanballı qələbələr qazanılmasında başlıca şərtdir. Bu gün belə komplekslər Bakı və Gəncədə, Naxçıvan və Lənkəranda, Şəki və Qubada, Qazax və Masallıda, respublikamızın digər bölgələrində gənclərin sevimli istirahət yerinə çevrilmişdir. Yaxın vaxtlarda olimpiya komlpekslərinin, müasir idman bazalarının sayı daha da artacaqdır. Onlar Azərbaycanın hər yerində idmanın inkişafına güclü təkan verir.

  Tədbiri direktor A. Südabə müəllim və pedaqoji heyət izləyib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi