Yaradıcılıq müsabiqəsi

 

  Məktəblilərin dram və təsviri incəsənət respublika müsabiqəsi Azərbaycan və dünya xalqlarının, şifahi xalq ədəbiyyatının klassik və müasir ədəbiyyatının məktəblilər arasında təbliği, həmçinin milli və dünya inciləri olan ədəbiyyat nümunələrini bədii personajları, təsviri və dekorativ-tətbiqi sənət nümunələrində yaşatmaq, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcı qabiliyyətlərinin aşkarlanması, onların qlobal dayanıqlı inkişaf məqsədləri və müxəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir.

  Məktəbimizin 3 “E” sinif şagirdi Səyyarənin ifasinda səslənən A. S. Puşkinin “Сказка о мертвой царевне и семи богатырях” adlı əsəri  5 dəqiqəlik videoçarxla qeydə alınaraq keçirilən müsabiqəyə göndərilib.

10 “D” sinif şagirdi Aygün də  həmin əsərin personajinin şəklini çəkərək gözəl bir rəsm nümunəsi ilə müsabiqədə iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi