Dərs Qalileo Qalileyə həsr olunub

  Məktəbimizdə fizika dərsini tədris edən Vahidova Günay müəllimin rəhbərliyi ilə 8 “D” sinfində keçirilən dərs dünya şöhrətli italiyan fizik, mexanik, astronom, filosof və riyaziyyatçı, səma cismlərini seyr etmək üçün ilk dəfə teleskopu kəşf etmiş, eksperimental fizikanın əsasını qoymuş öz dövrünün elminə önəmli təsirlər etmiş alim Qalileo Qalileyin həyat və yaradıcılığına həsr edilib. Şagirdlər qeyd ediblər ki, Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur. Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən böyük alim, mütəfəkkir və ədibdir. O, təcrübi fizikanın əsasını qoymuş, elmdə eksperimental tədqiqat üsulu tətbiq etmişdir. Həmçinin dərsdə slaydlar vasitəsilə movzuya dair müxtəlif məlumatlar verilib. Şagirdlərin əl işlərindən ibarət maraqlı posterlər təqdim olunub.

Dərsi direktor Abdullayeva Südabə müəllim və pedaqoji heyət izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi