Beynəlxalq Mülki Müdafiə Günü

  Bu gün  Beynəlxalq  Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu “Mülki Müdafiə sistemində qadınların rolu və fəaliyyəti” ilə əlaqədardır. Məktəbimizdə Gənclərin çağırışaqədərki hazırlığı dərsini tədris edən Qarayev Habil müəllim də bu mövzuda şagirdlərlə diskussiya aparıb. Habil müəllim şagirdlərə “Təbii fəlakətlər və davranış qaydaları” haqqında geniş məlumat verib. Həmçinin “Xəbərdarlıq siqnalları və vasitələri”, “Fərdi mühafizə vasitələrindən istifadə qaydaları” haqqında da söhbətlər aparılıb. Yanğınsöndürən və eleyhqazdan istifadə qaydaları kimi məlumatlar şagirdlər tərəfindən maraqla qarşılanıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi