Xalqımızın Xocalı ağrısı

    Xocalı faciəsinin dəhşətlərini əks etdirmək, soyqırımın həqiqətlərini gənc nəslə çatdırmaq məqsədilə  məktəbimizin muzeyində tədbir keçirilib.Tarix dərsini tədris edən Musayeva Ofelyanın  təşkilatçılığı, bir qrup şagird heyətinin iştirakı ilə  keçirilən tədbirdə qeyd edilib ki, bu faciə Ermənistan-Azərbaycan müharibəsi dövründə Azərbaycan xalqının rahatlığına, xoşbəxtliyinə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılayıblar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edərək şəhid olublar. Vəhşi ermənilər tərəfindən şəhər qana bələndi. Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq idi. Lakin düşmən öz məkrli niyyətinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstəriblər. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstəriblər. Tədbirin sonunda şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

   Tədbiri direktor A. Südabə müəllim və bir çox pedaqoji heyət izləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi