Xocalı faciəsinin iyirmi yeddinci il dönümü

   Öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi yeddi  il keçir. Soyqırım nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. Bu dəhşətli faciəni şagirdlərə unutdurmamaq, vətənpərvərlik  hissini aşılamaq, onların milli ruhda böyüməsini təmin etmək məqsədi ilə məktəbimizin foyesində Xocalı soyqırımına həsr edilmiş tədbir təşkil edilib. Tədbirdə məktəbimizin müəllimlərindən olan Gülanə müəllim, Aybəniz müəllim, Mahiyyət müəllim, Natəvan müəllim, Günel müəllim, Südabə müəllim öz şagirdləri ilə Xocalı faciəsində şəhid olan vətənpərvərlərimizi yad ediblər. Şagirdlər müxtəlif şeir parçaları ilə çıxış edərək şəhidlərimizin xatirəsinə həsr edilmiş guşənin önünə qərənfillər düzüblər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi