Cəlil Məmmədquluzadənin doğum günü  

    Yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günü   məktəbizin 8 “A” sinfində qeyd olunub. Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Qasımova Rəfiqə müəllim C.Məmmədquluzadənin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən danışıb. Daha sonra şagirdlər qeyd ediblər ki, Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Onun "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Qurbanəli bəy" kimi hekayələri, məşhur "Ölülər" komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur, məktəb tərbiyəsi, ümumiyyətlə, xalq maarifi problemlərinə geniş yer verilmişdir.  Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun "Molla Nəsrəddin" jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.

Sonda şagirdlər tərəfindən dramaturqun səhnələçdirilmiş "Poçt qutusu" əsəri nümayiş etdirilib.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi