"Beynəlxalq Ana Dili Günü" tədbirimiz

     Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.  Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. 

     Öz milli dəyərlərimizə, xüsusilə dövlətimizin dilinə hörmət hər bir azərbaycanlının milli-mənəvi borcudur. Bu məqsədlə 21 fevral Beynəlxalq Ana Dili Günü məktəbimizin idarə heyəti və  şagirdlər tərəfindən əlamətdar gün kimi qeyd olunub. Silsilə tədbirlər şəklində həyata keçirilən "Ana Dili Günü" bu dəfə məktəbimizdə Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Gülanə müəllimin təşkilatçılığı ilə baş tutub. Məktəbimizin şagirdlərindən ibarət bir qrupun məhsuldar iş prosesi nəticəsində gözəl bir tədbir nümayiş olunub. Belə ki, şagirdlər ana dilimizin gözəlliyini, incəliyini,qüdrətini şərh edən şeirlər səsləndiriblər, mahnılar oxuyublar. Slaydlar vasitəsilə ana dilimizin möhtəşəmliyini səciyyələndirən görüntülər göstərilib. Həmçinin tədbirdə şagirdlər ölkəmizin müxtəlif dialekt və şivələrindən istifadə edərək gözəl bir səhnə nümayiş etdiriblər. Həm düşündürən, həm də izləyicilərin üzündə təbəssüm yaradan səhnə alqışlarla qarşılanıb. Bu kimi tədbirlərin vətənpərvərlik mövqeyini şagirdlərə aşılamaq  rəhbərliyimizin qarşısında duran başlıca məqsədlərdən biridir.

   Tədbiri direktor  A. Südabə müəllim və pedaqoji heyət izləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi