Ana Dili Günü

   Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.  Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

   Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Məktəbimizin akt zalında da qeyd edilən Ana Dili Günü gözəl tərtibatla, bir-birindən fərqli, rəngarən çıxışlarla izləyicilərin yaddaşında xüsusi iz buraxıb. Belə ki, 4 "A" sinif şagidlərinin iştirakı ilə həyata keçirilən tədbir ibtidai sinif müəllimi M. Kərimlinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə şagirdlər tərəfindən  dilimizin gözəlliyini, qədimliyini əks etdirən laylalar, bayatılar səsləndirilib.

   Tədbir direktor A. Südabə müəllimin çıxışı ilə sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi