Istedadlı şagirdimiz Kənan

    Məktəbimizin idarə heyəti istedadlı şagirdlərə diqqət və dəstək göstərmək məqsədilə daim müxtəlif tədbirlər görür. Belə şagirdlər də məktəbimizin yaradıcı işlərində  yaxından iştirak edərək məktəbə öz töhfələrini verirlər.

10-cu sinif şagirdi Abdiyev Kənan da belə istedadlı şagirdlərimizdəndir. Qeyd edək ki, Kənan Turizm Nazirliyinin xətti ilə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda fəaliyyət göstərən Gənc Ədiblər məktəbinin üzvüdür. Kənanın hekayələri dövrü mətbuatda, saytlarda müntəzəm olaraq çap olunur. Həmçinin Kənan “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsinin son turuna vəsiqə qazanaraq rəhbərliyimizin sevincinə səbəb olmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi