Həmid Araslının 110 illiyi

   Azərbaycanın görkəmli alimi Həmid Araslının 110 illik yubleyinə həsr olunmuş tədbir keçirilib. Tədbir məktəbimizdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Sədaqət müəllimin təşkilatçılığı, 10-cu siniflərin iştirakı ilə baş tutub. Tədbirdə şagirdlər tərəfindən qeyd olunub ki,  H.Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri idi. Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində də klassik Azərbaycan şerinin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirmiş, gənc nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökünə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməmişdir. Onun Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı mühüm xidmətlərindən biri də 1960-cı ildə nəşr olunan üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabıdir. H.Araslı mətnşünas alim kimi də çox məhsuldar olmuşdur. Onun bu sahədəki fəaliyyəti Azərbaycan mətnşünaslıq elmində ayrıca bir mərhələ təşkil edir. Şagirdlər bu kimi dolğun məlumatlarla çıxış edərək maarifləndirici bir tədbirin hazırlanmasına nail olublar.

  Tədbiri direktor A. Südabə müəllim və pedaqoji heyət izləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi