Valideynin məktəbdə bir günü

    Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkminləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı layihəsi baş tutub.

    Məktəbin foyesində “Açıq qapı” təşkil olunub. Valideynlərin məktəbdə bir gün keçirmələri üçün şərait yaradılıb. Valideynlər onlar üçün xüsusi ayrılmış nərgiz çiçəkləri ilə qarşılanıblar.Təhsil idarəsinin əməkdaşı Roza xanımın iştirakı ilə baş tutan görüşü giriş sözü ilə direktor  A. Südabə xanım açıb. Daha sonra ibtidai sinif müəllimi K. İskəndərovanın təşkilatçılığı ilə 3-cü siniflərdən ibarət bir qrup şagirdin iştirakı ilə gözəl bir rəqs nümayiş etdirilib. Daha sonra valideynlər  qruplara bölünməklə müxtəlif siniflərdə olublar. Əmək otağı, informatika otağı və s. otaqlarda görüşlər təşkil edilib. Valideynlər şagirdlərin əl işləri, müxtəlif sahələrdə qazandıqları Fəxri fərmanlar, diplomlar ilə tanış olublar. Görüşün ikinci mərhələsi məktəbin müzeyində baş tutub. Belə ki, Südabə xanım məktəbdə görülən 1-ci yarımilin hesabatını valideynlərə təqdim edib. Keçirilən tədbirlər, görüşlər, qazanılan uğurlar baradə valideynləri məlumatlandırıb.  Daha sonra valideynlər görülən işlər haqqında  öz təəssuratlarını bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi