17 fevral Təmənnasız Xeyirxahlıq günü

    Ən gözəl insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.

Məktəbimizin idarə heyəti də şagirdlərə xeyirxahlıq duyğusunu aşılamaq, onlarda müsbət mənəvi keyfiyyətlər oyatmaq məqsədilə müəyyən görüşlər keçirib. Belə ki, 17 fevral Təmənnasız Xeyirxahlıq günündə ibtidai sinif müəllimləri S.Məhərrəmova, A. Əlizadə  və M. Xalıqovanın təşkilatçılığı ilə 2-ci siniflərdən ibarət bir qrup şagirdlə valideynlərini itirmiş, nənə, baba himayəsində yaşayan azyaşlı uşaqlara baş çəkilib. Şagirdlər müxtəlif ərzaq növləri, məktəb ləvazimatları apararaq onların müəyyən ehtiyaclarını ödəyiblər.

   Bu kimi davranışları şagirdlərdə vərdiş halına gətirmək məqsədilə məktəbimizin idarə heyəti belə görüşləri mütəmadi təşkil etməyi nəzərdə tutub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi