Milli Qəhrəmanlarımız yad edildi

    Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır.

   Vətənpərvər igidlərimizin sırasına Abdullayev Rövşən, Quliyev Mətləb, Muradov Hikmət də adlarını həkk etmişlər. Belə ki, adlarını  Azərbaycan tarixinə Milli Qəhrəman kimi yazan vətənpərvərlərimizin xalq yolunda, dövlət yolunda xidmətləri danılmazdır. Onları hörmətlə xatırlamaq, adlarını anmaq məqsədilə məktəbimizdə həyat bilgisi fənnini tədris edən dərs Aida müəllimin rəhbərliyi ilə 8 “B” sinfində keçirilən dərs Milli Qəhrəmanlarımıza həsr olunub. Şagirdlər adları çəkilən qəhrəmanlarımızın haqqında əldə etdikləri bilikləri paylaşıblar. Onlarin həyat və fəaliyyət yolunu işıqlandırıblar. Dərs çox maraqlı və yaddaqalan olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi