Səməd Mənsurun 140 illiyi

    Bu  gün məktəbimizdə Səməd Mənsurun 140 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir 7 "C" sinif şagirdlərinin iştirakı ilə baş tutub. Sinif rəhbəri R. Kəmalə müəllim Səməd Mənsurun  keçdiyi həyat yolu barədə şagirdlərlə diskussiya keçirib. Şagirdlər qeyd ediblər ki, Səməd Mənsurun şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir: Birincisi satira, ikincisi romantika. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır. "İçkilər, oflar", "Ey həkim", "Qarabağlı", "Qələmim" belə şeirlərdəndir. Şəməd Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə istifadə etmişdir. Qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən təşbeh və sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini bir qədər də artırmışdır.

   Tədbirdə şairin yaradıcılığından nümünələr də səsləndirilib. Səməd Mənsurun həyat və yaradıcılığından bəhs edən videoçarxlar təqdim olunub.

    Direktor Südabə Abdullayeva və direktor müavini Rəna Əbilova tərəfindən izlənilən tədbir olduqca xoş təəssuratlar yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi