Radio Günü

   13 fevral Ümumdünya Radio Günü məktəbimizdə də qeyd edilib. Direktor müavini Rəna Əbilova UBTR Səfərova Afaq  və Zemfira müəllimin təşkilatçılığı ilə Radio gününə həsr olunan dərsdə 6 "C" sinif şagirdləri iştirak ediblər. Şagirdlərə radionun yaranma tarixi ilə bağlı geniş informasiya verilib. Həmçinin qeyd edilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, dünya ölkələrində ailələrin 75 faizdən çoxu ən azı bir radioqəbulediciyə malikdir. Zaman ötdükcə daha çox insan genişzolaqlı internet vasitəsilə radiodan informasiya və kommunikasiya mənbəyi kimi istifadə edir.

   Maraqla izlənilən dərs şagirdlərin maariflənməsinə xidmət edib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi