Qasım bəy Zakirin 235 illiyi

    Azərbaycanın görkəmli şairi, satirik şeirlərin ustası Qasım bəy Zakirin 235 illiyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Lətafət müəllimin təşkilatçılığı ilə keçirilən tədbirdə 6 “B” sinif şagirdləri iştirak ediblər. Şagirdlər Qasım bəy Zakirin həyatı, yaradıcılığı, fəaliyyəti haqqında geniş müzakirə aparıblar. Onlar şairin müxtəlif əsərləri haqqında məlumat veriblər. Seirlərindən nümunələr səsləndiriblər. Həmçinin qeyd ediblər ki, Zakirin satiraları əsas etibarilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satiralarında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənmir, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirir.

   Tədbir mövzuya dair slaydların nümayişindən sonra direktor Abdullayeva Südabə xanımın çıxışı ilə yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi