Təbriz Xəlilbəylinin anım günü

    Azərbaycanın xalq şairi, mübariz ruhlu şəxsiyyət, vətənpərvər azərbaycanlı Xəlil Rza Ulutürkün boya-başa çatdırdığı şəhid, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anım günü keçirilib. Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən V. Tamilla müəllim tədbiri giriş sözü ilə açıb. O qeyd edib ki, 1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanının bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu. Hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.  Xəlil Rza dilimizin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün də özünəməxsus mübarizə yolu  seçmişdi. Öz çıxışları, şeirləri ilə insanları mübarizəyə səsləyən Xəlil Rzanın oğlu da təbii ki, belə vətənpərvər ruhda böyüməli idi.

   Tamilla müəllim öz çıxışında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Təbriz Xəlilbəylinin fəaliyyət illərini də şagirdlərə xatırladıb. Əlavə edib ki, Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Xromord və Naxçıvanik  kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərib. Döyüş şücaətinə görə “Bozqurd mükafatı” na layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən "Daşaltı" əməliyyatı zamanı qəhrəmancasına həlak oldu.

  Tədbirin gedişatında şagirdlər şəhidin şəninə həsr olunan şeir parçalarını səsləndiriblər. Xəlil Rza Ulutürkün oğlüna ithafən yazdığı “Oğul həsrəti” şeiri isə ürək yanğısı ilə dinlənilib.

  Tədbirin sonunda direktor A. Südabə müəllim çıxış edib. Şagirdləri vətənpərvər ruhda böyüməyə, şəhidlərimizin qəhrəmanlığını örnək bilməyə səsləyib.

  Milii Qəhrəman Təbriz Xəlilbəylinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi