Heydər Əliyev Mərkəzinə ekskursiya

   K. Məftunə müəllimin rəhbərliyi ilə, 4 “A” sinfinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Ekskursiya zamanı şagirdlər mərkəzin 4 hissəsi ilə yaxından tanış olublar. Onlar birinci hissədə Heydər Əliyevin həyat və fəaliyyət yolunu əks etdirən görüntüləri  maraqla izləyiblər. İkinci hissə "Hiperrealistik heykəltəraşlıq" bölməsi idi. Burada heykəllər öz təbiiliyi ilə görənləri heyran edib. Üçüncü hissədə Azərbaycanın milli keçmişini əks etdirən geyimlər, musiqi alətləri, xalçalar, zinət əşyaları təqdim olunurdu. Dördüncü hissədə isə kuklalar öz gözəlliyi ilə  göz oxşayıb.

Şagirdlər ekskursiyada bir çox yeni biliklər əldə ediblər və ruh yüksəkliyi ilə qayıdıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi