Milli Qəhrəmanlarımız yad edildi

      Azərbaycan ərazisinin bütövlüyü, Azərbaycan xalqının rahatlığı naminə canlarından keçmiş, adları şəhidlik zirvəsinə ucalmış vətənpərvərlərimizi xatırlamaq, ruhlarını əziz tutmaq, onların qəhrəmanlıq yolu haqqında şagirdləri məlumatlandırmaq hər bir müəllimin mənəvi borcudur.

   Elə bu məqsədlə Təranə müəllim 7 “A” sinif şagirdlərinin iştirakı  ilə “Dəyirmi masa” hazırlayıb. Milli qəhrəmanlarımızdan olan Bəylər Ağayev və Şahin Tağıyevin xatirəsinə həsr olunmuş “Dəyirmi masa”da  aparıcılar şəhidlərimiz barəsində geniş məlumat veriblər. Onların keçdiyi həyat yolu, qəhrəmanlıq yolu, Vətən uğrunda gördükləri işlər haqqında maarifləndirici söhbətlər aparıblar. Şagirdlər hazırladıqları slaydlar və posterlər vasitəsilə Vətənimizə sevgi, vətənpərvər şəhidlərimizə isə hörmət nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi