Xərçəng əleyhinə tədbir

  Məktəbimizdə kimya dərsini tədris edən R. Təranə müəllimin rəhbərliyi altında xərçəng əleyhinə tədbir keçirilib. 10-11-ci  sinif şagirdlərinin iştirakı ilə keçirilən təbirdə  müxtəlif şagirdlər tərəfindən qeyd olunub ki, xərçəng hüceyrənin qarşısı alınmaz şəkildə böyüməsi ilə xarakterizə edilən xəstəliklər sinifidir. 100 müxtəlif xərçəng növü var və onların hər biri hüceyrənin növünə uyğun olaraq təsnif edilir. Zədələnmiş hüceyrələr nəzarətsiz şəkildə bölünərək tümör adlanan toxuma kütləsi, yaxud şiş yaratdıqda xərçəng yaranır. Şişlər (tümörlər) həzm, sinir və qan dövranı sistemində inkişaf edə bilir. Onların fəaliyyətinə müdaxilə edir və bədən fəaliyyətini dəyişdirən hormonlar ifraz edir. Bir nöqtədə dayanan və məhdud şəkildə böyüyən şişlər adətən xoşxassəli hesab edilirlər. Xərçəng hüceyrələri meydana gəldikləri şişdən ayrıldığı təqdirdə, qan və ya limfa dövranı vasitəsi ilə bədənin digər nahiyələrinə gedə bilirlər. Getdikləri nahiylərdə şiş koloniyaları meydana gətirir və böyüməyə davam edirlər. Şiş sağlam toxumaları məhv edərək bədənin digər hissələrinə yayılıb inkişaf etdikdə bu, "Metastaz (şaxələnmiş) xərçəng" adlanır. Bu prosesin özü isə "Metastaz" adlanır və müalicəsi çox çətin olan kəskin vəziyyət ilə nəticələnir.

  Tədbirdə xərçəng haqqında məlumatlar müxtəlif slaydlar vasitəsilə  görüntülü şəkildə təqdim olunub. Şagirdlər tərəfindən hazırlanan divar qəzetləri mövzunu tam əhatə etdiyi üçün, maarifləndirici xarakter daşıdığı üçün tədqirəlayiq hal hesab edilib.

  Tədbir direktor A. Südabə müəllim və pedaqoji heyət tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi