Krılovun 250 illiyi

    Məktəbimizin akt zalında dahi rus yazışısı İvan Krılovun 250 illiyininə həsr olunmuş tədbir keçirilib. Məktəbimizin müəllimi R. Varapayevanın təşkilatçılığı, 6 “E”, 1 “D”, 8 “A”, 5”D” sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə aparıcılar  yazıçının həyatı haqqında məlumat veriblər. Qeyd olunub ki,  Krılov yaradıcılığı rus təmsilinin zirvəsi səviyyəsinə yüksəlmişdir. O, atalar sözü, nağıl və məsəllərdən məharətlə faydalanmış, rus ədəbi dilinin inkişafında mühüm rol oynamışdır.

  Yazıçının “Meymun və eynək”, “Canavar və quzu”, “Qarğa və  tülkü”, “Güzgü və meymun” və başqa təmsilləri səhnələşdirilmişdir. Şagirdlər müxtəlif obrazlarda xüsusi geyimlərdə çıxış edərək təmsillərin tərbiyəvi nəticələrini izləyicilərə məharətlə çatdırdırıblar.

    Direktor S. Abdullayeva, pedaqoji heyət və şagirdlər tərəfindən maraqla izlənilən tədbir  yaddaqalan olub.

   Tədbirin sonunda Südabə müəllim məktəbin ictimai həyatında fəal iştirak edən müəllimləri fəxri fərmanla təltif edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi